Modern.az

Milli Məclis Sədrinin başçılıq etdiyi heyət İsveçrədədir

Milli Məclis Sədrinin başçılıq etdiyi heyət İsveçrədədir

18 Sentyabr 2009, 17:31

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin İsveçrə Konfederasiyasında səfəri davam edir. Qurumun mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, dünən Milli Məclisin nümayəndə heyəti İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri (faktiki olaraq xarici işlər naziri) xanım Mişelin Kamili-Rey ilə görüşüb. Söhbətdə Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Milli Məclisin Sədri Oqtay Əsədov ölkələrimiz arasında yaranmış əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib və Azərbaycanın  ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə hökumətinə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlanmasına səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır: “Bu məsələ isə neçə illərdir öz həllini tapmayıb. Ermənistan beynəlxalq hüquq normalarına və nüfuzlu beynəlxalq  təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymur. Azərbaycan isə nə Türkiyənin, nə də Ermənistanın daxili işlərinə qarışmaq fikrində deyil.  Amma hamı bilməlidir ki, sərhədlərin açılması prosesi ilə torpaqların işğaldan azad olunması məsələsi paralel olaraq  həyata keçirilməlidir. Bu məsələdə paralelliyi pozmaq istəyənlər   anlamalıdırlar ki, işğal olunmuş ərazilər boşaldılmadan sərhədlərin açılması Azərbaycanın maraqlarına zidd olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz regionunda sülhün və əminamanlığın bərpasına ağır zərbə olar”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub