Modern.az

Qənimət Zahid “Azadlıq”a gəlib (fotolar)

Qənimət Zahid “Azadlıq”a gəlib (fotolar)

18 Mart 2010, 15:59

Prezidenti İlham Əliyevin məhkum edilmiş şəxslərin əfv olunması haqqında sərəncamından sonra 2007-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edilən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.

Modern.az xəbər verir ki, baş redaktor bu gün işə yerinə gəlib. Baş redaktor qəzetin əməkdaşları ilə görüşüb, söhbətləşib, hələ bir müddət dincələcəyini söyləyib.

Əməkdaşımızla söhbət zamanı Qənimət Zahid ayaqlarında revmatizm xəstəliyinin yarandığını və müalicəyə ehtiyac duyduğunu söyləyib: "

Həbsxanadan zəngin təəsssüratlarım var. Bunlar izsiz - soraqsız qalmayacaq. Səhhətimdə müəyyən problemlər var. Orada müalicə olunmamışam. Revmatik ağrılarım var. İstəyirəm bir qədər müalicə ilə məşğul olum. Yaxın bir ay ərzində inanmıram qəzetdə işləyə biləm. Mən azadlığı haqqım kimi dəyərləndirəm".

Xatırladaq ki, Q.Zahid 2007-ci ilin noyabrında 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilirdi.

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir