Modern.az

Abel Məhərrəmov: «Çanaqqala savaşı türk dünyasının böyük zəfəridir»

Abel Məhərrəmov: «Çanaqqala savaşı türk dünyasının böyük zəfəridir»

18 Mart 2010, 17:05

Martın 17-də Bakı Dövlət Universitetində Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 18 mart 1918-ci ildə baş vermiş Çanaqqala savaşı ilə bağlı tədbir keçirilib. Modern.az xəbər verir ki, Çanaqqala şəhidlərinin xatirəsinin anılması, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib ki, bu savaşı türk dünyasının böyük zəfəri, qurtuluşu günüdür: “250 min şəhidin qanı hesabına qurulan Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk deyirdi ki, “mən sizə əmr vermirəm ki, döyüşə atılın, əmr verirəm ki, ölümə atılın”. Türk əsgərlərinin böyük iradəsi hesabına qazanılan savaşın qardaş dövlətə müharibə elan edən Fransa və Böyük Britaniya üçün əsl dərs olub. Türkiyə basılmaz, yenilməz və cəsur dövlətdir. Ümummilli lider Heydər Əliyev «Bir millət iki dövlət» fikrini irəli sürüb və bu siyasət indi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Gənclərimizi milli təəssübkeşliyə, birliyə səsləyirəm”.

Çanaqqala savaşından bəhs edən filmin nümayişindən sonra millət vəkili Qənirə Paşayeva çıxış edib: «Tarix yazmaq onu yaratmaq qədər çətindir», - deyə çıxışına başlayan millət vəkili Çanaqqala savaşının tarixi əhəmiyyətindən, türk gənclərinin birlik və bərabərliyinin əhəmiyyətindən bəhs edib.

 

 

 

 

Aqil Aslan

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi