Modern.az

Azərbaycanın «Eurovision-2010» mahnısı seçildi

Azərbaycanın «Eurovision-2010» mahnısı seçildi

18 Mart 2010, 18:04

SƏFURƏ ƏLİZADƏ MÜSABİQƏDƏ “DRİP DROP” MAHNISINI IFA EDƏCƏK

 

Bu ilin mayında Olsoda keçiriləcək «Eurovision-2010» Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmanın “Drip Drop” mahnısını ifa edəcək. Bu açıqlamanı www.itv.az saytına «Eurovision» müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, “Drip Drop” üç mahnı arasından seçilib.

A.Kərimli bildirib ki, mahnı nümayənədə heyətləri rəhbərlərinin martın 21-22-də Osloda keçiriləcək toplantısında rəsmi olaraq təqdim olunacaq.

 

Qeyd edək ki, Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsbaiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək.

  Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir