Modern.az

Fövqəladə Hallar Nazirliyi Bakıdakı binaları yoxlayır

Fövqəladə Hallar Nazirliyi Bakıdakı binaları yoxlayır

19 Mart 2010, 10:55

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədilə Bakı şəhərinin rayonlarındakı yaşayış binalarının birinci mərtəbəsində, həmçinin zirzəmi və yarımzirzəmilərdə fəaliyyət göstərən obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının vəziyyətini öyrənmək məqsədilə yanğın-texniki müayinələr keçirir.

  Modern.az

Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sənayedə və Dağ-mədən İşlərində Təhlükəsizliyə Nəzarət Dövlət Agentliynin, qaz təsərrüfatı əməkdaşlarının iştirak etdiyi operativ yanğın-texniki müayinələr zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olan çoxsaylı hallar aşkar olunub.  Müayinələr zamanı təbii və maye  qazdan istifadə olunması ilə əlaqədar müvafiq qaydaların tələblərinə riayət olunmasının vəziyyəti öyrənilməklə yanaşı, obyektlərdə yanğınxəbərverici siqnalizasiyanın, isitmə və havadəyişmə sistemlərinin, elektrik qurğularının sazlığı, köçürmə yollarının, keçidlərin, yanğına qarşı aralıqların, su təchizatı mənbələrinin saxlanması vəziyyəti yoxlanılıb.  Operativ yanğın-texniki müayinələr zamanı ticarət, ictimai iaşə müəssisələrində istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməsinə xüsusi diqqət ayrılıb,  qısaqapanmalardan, artıq yüklənmələrdən  və s. pozuntulardan mühafizə aparatları, havadəyişmə sistemləri, ventilyasiya qurğuları  yoxlanılıb.

Müayinələr zamanı ticarət, ictimai iaşə müəssisələrinin  rəhbərlərinin, işçilərinin diqqətinə bir daha çatdırılıb ki, yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar. Yanğına qarşı təbliğat xarakterli söhbətlərdə xüsusi olaraq vurğulanmışdır ki,  ticarət, ictimai iaşə müəssisəsində yanğın təhlükəsizliyinin müəyyənləşdirilmiş qaydalarını  bütün işçilər dəqiq bilməli və bu qaydaların tələbləri ciddi  şəkildə yerinə yetirilməli,  yanğın və alışma törədə bilən hərəkətlərə yol verilməməlidir. Obyekt rəhbərlərinin diqqətinə çatdırılıb ki, ticarət, ictimai iaşə müəssisələrinin  mərkəzi isitmə sistemləri avadanlıqları ilə təchiz edilməsi yanğın təhlükəsizliyi baxımından münasibdir.

İsitmə mövsümü başlanmazdan əvvəl tüstü bacalarının və tüstü borularının təmizlənməsi  və bütün isitmə mövsümü ərzində hər 3 aydan bir qurumdan təmizlənməsi, həmçinin  fasiləsiz işləyən sobaların və ocaqların tüstü borularının hər 2 aydan bir təmizlənməsi kimi vacib məsələlər də ictimai iaşə müəssisələrinin rəhbərlərinin və işçilərinin diqqətinə çatdırılıb, ventilyasiya, havadəyişmə sistemlərinin istismar edildiyi zaman onların texniki vəziyyətinin, sazlığının yanğın təhlükəsizliyi tələblərinə   cavab verməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.

Operativ yanğın-texniki müayinələr zamanı şəbəkəyə qoşulan elektrik və qaz plitələrinin, qızdırıcı  şkafların, digər qızdırıcı cihazların nəzarətsiz qoyulmasının,  mətbəx otaqlarında boş və ya yanar qazlarla dolu balonlar qoyulması və ya saxlanılmasının, köçürmə yollarında qarderoblar və bufetlər quraşdırılmasının, nahar zallarının divarlarının və pəncərələrinin  pərdələrini yanar və yandıqda zəhərləyici olan sintetik materiallarla bəzədilməsinin və s. yanğın təhlükəsizliyi qaydalarına zidd olması açıqlanıb. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi