Modern.az

Azərbaycan yay vaxtına keçir

Azərbaycan yay vaxtına keçir

19 Mart 2010, 14:24

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 28 mart 2010-cu il tarixində saat 4.00-da respublika ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir