Modern.az

Berlində “Əsəd bəyin əzabları” filminin premyerası olub

Berlində “Əsəd bəyin əzabları” filminin premyerası olub

3 May 2013, 16:37

2004-cü ildən çəkilişləri Almaniyada, Avstriyada, İtaliyada və Azərbaycanda aparılılan film dünən (May ayının 2-də ) Berlinin Babylon Sinemasında Almaniya ictimaiyyətinə təqdim edilib.
Premyeraya İtaliyadan, Avstriyadan və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, yerli ictimaiyyətin görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd Bəy sevərlər qatılıblar. İçtirakçıların arasında Almaniyada yaşayan soydaşlarımız və Azərbaycanın ordakı səlahiyyətli səfiri P.Şahbazov da olub.
Sonda tamaşaçılar, kino tənqidçiləri və mediya mənsubları filmi yüksək qiymətləndiriblər. Filmdə Əsəd Bəyin unudulmuş br yazar olaraq yenidən dünya ədəbiyyatında rezanansında, reabilitasiyasında, əhəmiyyətli rol oynayan onun Avropadakı ilk tədqiqatçısı və filmin əsas təbliğatçılarınadan biri olan Nuridə Atəşi Berlində Əsəd Bəyin yaşadığı evin önündə onun xatirə lövhəsinin salınmasını qyed edib. Həmçinin Əsəd Bəyin arxiv sənədlərinin, əlyazmalarının, „Sevgidən bixəbər kişi“ adlı son əlyazmasından bir parçasını dünya mətbuatında ilk dəfə olaraq onun öz vətəni olan Azərbaycanda „Yüz ilin sirləri- şərin və böhtanın qurbanı“ adlı kitabında çap etdirməsi, İtaliyanın Pozitano şəhərində Əsəd Bəyin baş daşışının onun son vəsiyyətinə uyğun olaraq üzü Məkkəyə dəyişdirilməsi səhnələri tamaşaçıların rəğbətinə səbəb olub.
Premyerada iştirak edən Almaniyanın( Berlin )Jurnalistlər Birliyinin sədri Bernd Lammel Əsəd Bəyi Almaniya və Azərbaycan arasında ilk mədəniyyət körpüsü qurucusu adlandırıb və bu böyük yazarın dünya ədəbiyyatında , eləcə də Alman və Azərbaycan ədəbiyyatında əhəmiyyətli bir yeri olduğunu xüsusi vurğulayıb
Nuridə Atəşi təşəkkür nitqində bu günki Almaniyanın tolerant olduğuna , bu gün bu ölkədə təqiblərə məruz qalmadan, şərin və böhtanın qurbanı olmadan, Əsəd bəyin əzablarını çəkmədən dünyanın bütün mühacir yazarlarının bu ölkədə rahat və azad yaşayıb, yazıb-yarada bilməyindən məmnunluğunu qeyd edib.
Səfir P.Şahbazov filmin yaradıcı qrupunu film münasibəti ilə təbrik edərək dərin təşəkkürünü bildirib.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir