Modern.az

Mübariz Əhmədoğlu: ”Ermənistan Rusiyanın qanındakı QİÇS virusudur”

Mübariz Əhmədoğlu: ”Ermənistan Rusiyanın qanındakı QİÇS virusudur”

19 Mart 2010, 15:31

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində  növbəti tədbir keçirilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyəti təhlil edən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin ( SİTM) sədri Mübariz Əhmədoğlu tənzimləmə prosesində mövcud parametirlərin dəyişdiyini deyib. Onun sözlərinə görə, NABUCCO kəmərinin Ermənistandan keçməsi ilə bağlı ideyanın gündəmə gəlməsi yeni siyasi situasiya yarada bilər: “Ermənistan Dağlıq Qarabağı Azərbaycana güzəştə gedəcəyi təqdirdə rəsmi Bakıdan NABUCCO-nun bu ölkədən keçməsinə dair razılıq almaq istəyir. Son vaxtlar Türkiyə ətrafında cərəyan edən proseslər də parametirlərin dəyişməsində müəyyən rol oynayır. ABŞ Konqresininn qəbul etdiyi qərar yəhudi lobbisinin qondarma “soyqırım” amilindən alət kimi istifadə etdiyini göstərir. Yəhudi lobbisi öz davranişları ilə təkcə Türkiyənin deyil, həm də ABŞ-ın əleyhinə oldğunu ortaya qoydu”.

SİTM sədri regionda baş verən hadisələrin Daəlıq Qarabağ münaqişəsinə təsirindən danışarkən diqqəti Rusiya faktoruna çəkib. M.Əhmədoğlu qeyd edib ki, bu gün Rusiya İrana münasibətdə ABŞ-la vahid mövqedən çıxış edir:” Moskva bunun müqabilində ABŞ-dan Gürcüstanı almaq istəyirdi. Amma ABŞ Gürcüstanı deyil, Ukraynanı Rusiyaya verdi . Nə qədər paradoksal olsa da Ermənistanın anti-Rusiya siyasəti Moskvada müqavimət yaratmır. Ermənistan Rusiyanın qanındakı QİÇS virusudur. Buna görə də Rusiya Ermənistanın heç bir addımına reaksiya verə bilmir”.

M.Əhmədoğlu Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın bu ölkədə yaşayan ermənilərlə bağlı verdiyi bəyanata da münasibət bildirib: “Ermənilər deyirlər ki, biz Türkiyə ilə istədiyimiz tonda danışa bilərik. Çünki Türkiyə iqtidarı öz ölkəsinin maraqlarını müdafiə edə bilmir. Nalbəndyan  öz təcrübəsindən çıxış edərək deyir ki, 2002-ci ildə Fransa “erməni soyqırımı”nı tanıyanda o, Fransada səfir işləyirdi. Həmin vaxt Türkiyə Fransadakı səfirini geri çağırdı. Sonra isə iki ölkə arasındakı ticari əlaqələrə son qoyuldu. Amma bir ay sonra Türkiyə səfiri Fransaya qayıdıb öz vəzifəsinin icrasını davam etdirdi. Beş-altı ay sonra isə iki ölkə arasındakı ticari əlaqələr bərpa olundu. Nalbəndyan bu amili əsas gətirərək Türkiyəyə təzyiq etməyin vacib olduğunu bildirir“. Politoloqun fikrincə, Türkiyə iqtidarı erməniləri bu mövqedən çəkindirmək üçün mütləq onlara sərt üzünü göstərməlidir.

SİTM sədri deyib ki Ermənistan prezidenti S.Sərkisyanın ABŞ-a dəvət olunması təsadüfi deyil. Onun qənaətinə görə, Gürcüstan prezidenti M.Saakaşvilinin ABŞ-da keçirilən nüvə sammitinə dəvət olunması Rusiyanı qıcıqlandırıb. ABŞ M.Saakaşvilinin səfərinin əhəmiyyətini kiçiltmək üçün dərhal S.Sarkisyanı da öz ölkəsinə dəvət etdi:” Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan sammitə qatılmayacağını bəyan etdi. Amma ABŞ-da ümüd edirlər ki, Ərdoğan son anda qərarını dəyişəcək. ABŞ rəsmiləri sammit çərçivəsində Ərdoğanla Sərkisyanı barışdırmaq istəyirlər. ABŞ Ermənistanın Dağlıq Qarabağ münaqişəsində güzəştə getməsini istəyir”.

  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi