Modern.az

Moskvada Qarabağa dair müzakirələr keçirilib

Moskvada Qarabağa dair müzakirələr keçirilib

19 Mart 2010, 17:45

Moskvada səfərdə olan ABŞ-ın dövlət katibi Hilari Klinton və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli problemini müzakirə ediblər. Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, Klinton və Lavrov Qarabağ nizamlanmasını müzakirə ediblər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında  yaranmış vəziyyətə dair ətraflı  fikir mübadiləsi aparıblar.

 

Bundan başqa, tərəflər beynəlxalq xapakterli digər məsələlərə də toxunublar,  Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını bəyan eliblər. Klinton və Lavrov strateji hücum silahlarına dair yeni Müqavilənin imzalanması üzrə ikitərəfli  Cenevrə danışıqlarında nəzərəçarpacaq tərəqqi əldə olunduğunu qeyd ediblər. Rusiya və ABŞ Vaşinqtonda  keçiriləcək nüvə təhlükəsizliyi sammiti kontekstində kütləvi qırğın silahlarının yayılmaması  sahəsində birgə səylərin koordinasiya olunmasında maraqlı olduqlarını bəyan ediblər. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır