Modern.az

Milli Məclisin bir neçə deputatı xaricə yollanır

Milli Məclisin bir neçə deputatı xaricə yollanır

19 Mart 2010, 18:38

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, parlamentin bəzi üzvləri martın sonunadək bir sıra  xarici ölkələrdə səfərdə olacaqlar.

Deputat Fuad Muradov Azərbaycanlı tələbələrin Avropa Forumunun təşkil etdiyi tədbirdə iştirak etmək üçün martın 21-dən Belçikanın Brüssel şəhərində səfərdə olacaq. “Birgə işləmək uğurdur” mövzusunda keçiriləcək forumda Avropanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Avropa Parlamenti üzvlərinin və dövlət nümayəndələrinin iştirakı da nəzərdə tutulub. Toplantıda Avropada təhsil alan azərbaycanlı gənclərin həyatı, onlar arasında əlaqələrin qurulması, ölkəmizi tanıtmaq məqsədi ilə birgə fəaliyyəti  mövzularında müzakirələr aparılacaq. Səfər martın 25-də başa çatacaq.

                                                   *** Milli  Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Büdcə və audit komitəsinin iclasında iştirak etmək üçün  martın 28-də İstanbula yola düşəcək.  İclasda qurumun büdcə layihəsi və bir sıra maliyyə məsələləri  müzakirə olunacaq. Səfər zamanı təşkilatın Beynəlxalq katibliyi rəhbərliyinin və Büro üzvlərinin Avropa Parlamentinin vitse-prezidenti Libor Rusek ilə  görüşü nəzərdə tutulmuşdur. Görüşdə münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər aprelin 1-də başa çatacaq.                                                          ***

Milli Məclisin deputatı Asim Mollazadə “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, Dağlıq Qarabağ və uğurlu həll yollarının axtarılması və ya uğursuzluq” mövzusuna həsr edilmiş dəyirmi masada iştirak etmək üçün martın 25-də Belçikanın Brüssel şəhərinə səfər edəcək. Avropa Siyasəti Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirdə Cənubi Qafqaz ərazisindəki münaqişələrin aradan qaldırılması, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bölgədə sülh və sabitliyin bərpası və digər  məsələlər barədə fikir mübadiləsi aparılacaq. Səfər martın 27-də başa çatacaq.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər