Modern.az

Dünyada 1700 terror təşkilatı var

Dünyada 1700 terror təşkilatı var

19 Mart 2010, 18:54

Türkiyənin paytaxtı Ankara şəhərində “Qlobal trrorizm şəhərlərində beynəlxalq əməkdaşlıq” mövzusunda simpoizum keçirilib. Türkiyə Silahlı Qüvvələri Terrorizmlə Mücadilə Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə 80 ölkədən 461 nümayəndə iştirak edib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordy generalı İlkər Başbuğ bu gün dünyanın terror təhlükəsi ilə üz-üzə qaldığını deyib. Onun sözlərinə görə terrorla mübarizədə zərərsizləşdirilən terrorçuların sayı əsas götürülməməlidir: “Əsas məqsəd terror hadisələrinin sayını azaltmaqdır. Təhlükəsizlik orqanlarının vəzifəsi terror hadisələrinin sayını minimuma endirməkdir. Amma bizə silah tuşlayanlara adekvat reaksiya verməyimiz də qaçılmazdır”. NATO təmsilçisi Guy B. Robberts isə nüvə təhlükəsinin bioloji təhlükədən daha ciddi xarakter aldığını bildirib. Guy B.Robberts qeyd edib ki, son vaxtlar dünyada bioloji terrorizmə meyl güclənir. Onun sözlərinə görə buna səbəb bioloji terrorizmə qarşı mübarizənin çətin olmasıdır: “Hazırda dünyada 1700 terror təşkilatı fəaliyyət göstərir. Nüvə silahlarının terroristlərin əlinə keçməsi bəşəriyyəti böyük təhlükə ilə üz-üzə qoyacaq”.

Tədbirdə Azərbaycandan olan JAM-ın həmsədri Şeyda Nəsibli də iştirak edib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir