Modern.az

“Toya pul atmayan şəxs heç bir məsuliyyət daşımır” - RƏY

“Toya pul atmayan şəxs heç bir məsuliyyət daşımır” - RƏY

7 May 2013, 10:36

Azərbaycan bölgələrinin birində baş verən çox qəribə hadisə bu gün sosial şəbəkələrdə də ən çox müzakirə edilən xəbər olub. Belə ki, rayonların birində bir kişi övladının toyuna dəvət etdiyi, ancaq toya gəlməyən 80 nəfəri məhkəməyə verib. Həmin vətəndaş artıq iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddiaya görə, həmin şəxs əvvəllər toya çağırdığı 80 nəfər məclisində iştirak edib və onların toyuna pul yazdırıb. İndi o, məclisə gəlməyən 80 nəfərin toyuna vaxtilə yazdırdığı pulları geri tələb edib.

Yüzlərlə belə faktdan biri olan bu məsələyə Modern.az hüquqşünasdan münasibət öyrənib. Həmsöhbətim Fariz Namazov deyir ki, həmin şəxsin məhkəmə iddiası əsassızdır: “Həmin şəxslər toya gedib hədiyyə şəklində öz pullarını veriblər. Onlar arasında hər hansı müqavilə, öhdəlik yoxdur. Toya gedən şəxsin qarşısında belə bir öhdəlik yoxdur ki, həmin şəxs gedib kiminsə toyuna filan qədər pul salmalıdır. Gedib pul salmadan da iştirak edə bilər. O, pul salırsa, toy sahibinə hədiyyə şəklində verilir. Qanunvericiliyə görə isə hədiyyə gələcəkdə hansısa bir öhdəlik yaratmır. Yəni hədiyyənin qarşılığında heç nə tələb etmək mümkün deyil. Qanunvericilik bunu qadağan edir. Ona görə də onun iddiası əsassızdır. Həmin şəxslər toya gəliblər və toy sahibinin qarşısında heç bir öhdəlik götürməyib ki, sənin toyuna bu qədər pul saldıracağam”.

Gültəkin ƏLƏSGƏR   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu