Modern.az

“Eurovision” müsabiqəsində Azərbaycan birinci olacaq

 “Eurovision” müsabiqəsində Azərbaycan birinci olacaq

20 Mart 2010, 13:47

“Eurovision” mahnı müsabiqəsinin bukmekirləri bu ilin mayında Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində Azərbaycanın birinci olacağına inanırlar. Modern.az xəbər verir ki, www.oddschecker.com/specials/tv/eurovision saytında  bukmekirlərin səsverməsi yerləşdirilib.  Səsverməyə əsasən, Azərbaycan 39 ölkə arasında birinci yerdədir. Bukmekirlərin səsverməsinə görə, Ermənistan 4-cü, Türkiyə isə 12-ci yerdədir.Martın ilk ongünlüyündən başlanan səsvermədə Azərbaycan ilk gündən birinci yerdədir.
Qeyd edək ki, bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı Səfurə Əlizadə “Drip drop” mahnısı ilə təmsil edəcək. Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda 16 ölkənin təmsilçiləri ilə finala çıxmaq uğrunda mübarizə aparacaq.
Mayın 25-də müsabiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi