Modern.az

Prezident Novruz şənliyində iştirak edib

Prezident Novruz şənliyində iştirak edib

Təhsil

20 Mart 2010, 16:50

Martın 20-də Bakının qədim Qız qalasının qarşısında Novruz bayramı münasibətilə böyük mərasim təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısına gəliblər. Meydana toplaşmış şəhər sakini, paytaxtımızın qonaqları dövlət başçısını və onun xanımını hərarətlə qarşılayıblar.
Qədim tariximizi əks etdirən səhnələr - İçərişəhərin qala divarları və Qız qalasının üstündə dayanmış nizə və qalxanlı döyüşçülər, Dədə Qorqudun xalqa xitabı, öyüd-nəsihəti, igidləri düşmən üzərində qələbəyə səsləməsi, Bahar bayramının millətimizə ruzi-bərəkət gətirməsi üçün xeyir-dua verməsi qəhrəmanlıqla dolu keçmişimizin mənzərəsini canlandırıb
Şən, oynaq musiqi sədaları ətrafı bürüyüb.
Novruz tonqalını alovlandıran Prezident İlham Əliyev bayram şənliyində nitq söyləyib.
Dövlət başçısı bu il yanvarın 15-də dünyaya gəlmiş İlham İlkin oğlu Əhmədovun valideyinlərinə onun Azərbaycan Respublikasının 9 milyonuncu vətəndaşı olmasını təsdiq edən Şəhadətnaməni və hesabında 20 min manat olan əmanət kitabçasını təqdim edib.
Sonra Azərbaycan Prezidenti Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində iştirak edib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü