Modern.az

Ukraynada uşaqbazlar axtalanacaq

Ukraynada uşaqbazlar axtalanacaq

21 Mart 2010, 12:39

Ukrayna parlamenti “pedofil”lərin axtalanmasını təklif edir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ali Radada uşaq və yeniyetmələrə qarşı cinsi zorakılığa yol vermiş şəxslərə qarşı əlavə cəza kimi onların kimyəvi axtalanması məsələsi gündəmə gəlib. Bu barədə parlamentdə təmsil olunun Regionlar Partiyasından olan deputat Qriqori Smityukun hazırladığı və Ali Radada qeydiyyatdan keçmiş qanun layihəsində bildirilir. Qanun layihəsinin müəllifi məsələni belə izah edir ki, ötən ilin təkcə 9 ayı ərzində 110 yeniyetmə cinsi zorakılığa məruz qalıb. “Bu, yalnız rəsmi statistikadar, lakin bu cür cinayətlərin dairəsi kifayət qədər genişdir”,-deyə regionçu bildirib.

 

Deputat qeyd edir ki, yeniyetmələrə qarşı seksual cinayətlərə görə kimyəvi axtalanmanın tətbiqi qurbanların və onların yaxınlarının uzun müddət bu cür hadisələrin ağrısını çəkməsi, həm də bu cür cinayətlərin ictimai təhlükə törətməsi ilə müəyyən olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı