Modern.az

Roma Papası keşiş-pedofillərə görə üzr istəyib

Roma Papası keşiş-pedofillərə görə üzr istəyib

Təhsil

21 Mart 2010, 17:59

Roma Papası 16-cı Benedikt keşiş-pedofillərə görə üzr istəyib. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Benedikt İrlandiya katolik keşişləri tərəfindən seksual zorakılığa məruz qalmış qurbanlardan üzr istəyib. “Siz  hədsiz zərər çəkmsiniz və mən sizdən dərindən üzr  istəyirəm”,-deyə Benedikt bildirib.
Beləliklə də Roma Papası  ilk dəfə olaraq 10 il əvvəl İrlandiya keşişləri tərəfindən azyaşlı uşaqların seksual hücuma məruz qalması ilə əlaqədar qalmaqal barədə ilk şifahi müraciətini edib. Roma katolik kilsəsinin başçısı bəyan edib ki, seksual zorakılıqda məsuliyyət daşıyan adamlar törətdikləri günahlara və cinayətkar əməllərə görə  Allah və ədalət qarşısınga cəzalarını alacaqlar. Benedikt İrlandiyanın bütün kilsələrində seksual qalmaqallarla bağlı araşdırmalar  aparılacağını deyib. Məlumata görə, 100-ə yaxın keşiş azyaşlılara  qarşı seksual zorakılıqda ittiham olunur.

 

Azyaşlı uşaqlara qarşı seksual zorakılıq halları digər katolik ölkələrdə, eləcədə Benediktin vətəni Almaniyada da müşahidə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər