Modern.az

Saakaşvili Novruzu Gürcüstanın milli bayramı elan etdi

Saakaşvili Novruzu Gürcüstanın milli bayramı elan etdi

Təhsil

21 Mart 2010, 18:10

Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların Novruz bayramı  şənliklərində iştirak edib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edən Saakaşvili Novruzu Gürcüstanın milli bayramı elan edib. Dövlət başçısı qeyd edib ki, bu ildən Gürcüstanda yaşayan azərəbaycanlılar ölkənin ali məktəblərinə daha asan qəbul ola biləcəklər. “Bu il ali məktəblərə qəbul milli etniklər və eləcə də azərbaycanlılar üçün sadələşdirilmiş proqram üzrə keçiriləcək. Onlara təhsil almaq üçün kənara getməyəcək, hər hansı pul ödəmək lazım gəlməyəcək. Onlar burada oxuyacaq və bizim ölkənin uğurlu vətəndaşları  olacaqlar”,-deyə Saakaşvili bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü