Modern.az

Bülənt Qorxmaz "Bakı"dan getdi

Bülənt Qorxmaz "Bakı"dan getdi

Təhsil

22 Mart 2010, 17:13

Tanınmış türkiyəli məşqçi Bülənt Qorxmaz «Bakı» klubunun baş məşqçi vəzifəsindən istefa verib. O, bu addımını Türkiyəyə qayıtmaq istəməsilə əlaqələndirib. Klub prezidenti Hafiz Məmmədovun təkidlərinə baxmayaraq, Bülənt Qorxmaz fikrindən vaz keçməyib. H.Məmmədov da istefanı qəbul edib.
Türkiyəli məşqçi istefasının səbəblərini açıqlayıb. B.Qorxmaz Qol.az-a açıqlamasında bildirib ki, «Bakı»nı qəbul edəndə bir sıra çətinliklə üzləşəcəyini, amma onun öhdəsindən gələcəyini bilirdi: «Bura gələndən sonra futbolçuların peşəkarlığının artırılması istiqamətində bir sıra işlər gördük. Komandanın infrastrukturunu yarada bildik. "Altılığ"a düşməyi bacardıq. Amma klubdakı bəzi insanlar zaman-zaman kiçik problemlər çıxarmağa başladılar. Təbii ki, bütün komandalar peşəkar olmalıdırlar, ayrıseçkilik salmamalıdırlar. Problemlərin toplantılarda deyil, əməldə həll olunacağını söylədik. Amma mənim dediklərim olmadı, ona görə də «Neftçi» ilə oyundan sonra istefa verdim».
Bülənt Qorxmaz başda Hafiz Məmmədov olmaqla «Bakı»da ona dəstək olan şəxslərə təşəkkürünü bildirib.
«Sizə problemlər yaradanlar kimlər idi» sualına B.Qorxmaz belə cavab verib: «Mən ad çəkmək istəmirəm.
Azərbaycanda hər kəsə minnətdarlığımı bildirirəm».

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır