Elçin İsmayıl oğlu Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbin birinci sinfinə gedib və 1974-cü ildə həmin məktəbi bitirib. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası üzrə bitirib.
1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində İnformasiya-reklam şöbəsinin müfəttişi olub. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmət keçib və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşən sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib. 1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub.
1958-ci il, hələ dünyanı mənə anam göstərir... |
|
Bonapartsayağı görkəmdəyəm... |
1959-cu il, Nalcikdə, İsa əmiylə (yazıcı İsa Hüseynov) gəzintidəyəm. |
|
Yenə də dünyanın dərdi alıb məni... |
1961- ci il, Şüvəlan, Yazıçıların keçmiş yaradıcılıq evi, atam İsmayıl Şıxlı ilə birlikdə. İndi orada qaçqınlar |
1969-cu il, "Dəli Kür"ün çəkilişində. Mənim böyük ekranda ilk və sonuncu rolum... |
|
1972 ci il, Elbrus dağının ayağında. Əcəb günlər idi... |
|
1980 - ci il, əsgərlik... |
|
1980 - ci il, Sərqi Almaniyada əsgərlikdəyəm. Təbii ki, mütərcim kimi yazı makinasının arxasında... |
|
1989-cu il Göyəzən dağının ətəkləri. Atam İsmayıl Şıxlının 70 illik yubileyi... Qardaşım, atam, mən, bibioğlu və sinif yoldaşlarım... Onlardan biri rəhmətə gedib. Digəri də mühacirətə. |
|
Atam İsmayıl Şıxlı və Yusif Səmədoğlu...Qazaxda döyüşlər gedən zaman |
|
Prezident Heydər Əliyev media rəhbərlərini qəbul edib... |
|
Berlində... Almaniya Bundestaqında alman deputatdan müsahibə alırdım. İndi deputat deyil deyəsən. |
|
Şamaxı yolunun üstündə, türk məzarlığında, həmkarlarımla bir arada. |
|
Bu şəkil Almaniyada, Hamburqda “ZEİT” (Zaman) qəzətinin məşhur bir fondu var, orada olarkən çəkilib.. Jurnalist Rauf Mirqədirov 2006-cı ildə söz azadlığı ilə bağlı "ZEİT" qəzetinin mükafatını almışdı... |
|
Brüsseldə NATO-nun qərargahının qarşısında bir qrup azərbaycanlı jurnalist və politoloq Eldar Namazov. Çoxunu tanıyarsız. |
|
Yenə Brüsseldə, küçədə... |
|
Portuqaliyanın Funşal adası, Atlantik okeanında yerləşir. Bu ada “REAL”ın hücumçusu Ronaldonun adı ilə məşhurlaşıb. O, bu adada dünyaya gəlib. |
|
Türkiyədə 2007-ci ildə kitab sərgisində. Azərbaycan kitabları ilə bağlı olan stend qurulub... Kamal Abdulla və Yasəmən Bayer... O, bizim yazıçıların əsərlərin türkcəyə tərcümə edib çap etdirənlərdən biridir. |
|
Almaniya, Hamburq, "Ştern" qəzetinin ofisindəyik. Bizi ora aparıb iş prinsipi ilə tanış edirlər. |
|
Hamburgda, "ZEİT" qəzetinin redaksiyasında... |
|
Nyu-Yorkda hansısa muzeyin qabağındayıq . |
|
Bura Nyu-Yorkda məşhur barıdır. Bu gürcü politoloqu Georgi Kutsişvilidir. |
|
|
İspaniya, Tenerife adası, həyat yoldaşım Sevinc xanımla birlikdə... |
Siyasi biliklər proqramı üzrə Qubada seminardayıq. İndi tutulan REAL-çı İlqar Məmmədovun məktəbi idi. |
|
İstanbul, Yasəmən xanım və mən TRT1-də, radioda müsahibə zamanı... |
|
ABŞ-da Los-Ancelesdəyik. Bura şəkil çəkdirmək üçün xüsusi bir yerdi. Nəhəng ayaqqabı geyinmişəm. |
|
Qullu Məhərrəmli ilə cəbhə bölgəsinə getmişdik... Əsgər kazarmasındayıq. Səhv etmirəmsə Beyləqanda idi. |
|
Qazaxda cəbhə bölgəsində səngərlərdəyik. Bizi də hərbi geyimlə təmin etdilər . |
|
Oğlum Ayxan Qusarda əsgərlikdə olan zaman. |
|
2007-ci ildi, ABŞ-ın Arizona ştatına qonaq dəvət ediblər, ordakı sakinlərin birinin evidir. |
|
Yenə Arizona ştatı... 150-200 il yaşı olan kaktuis və başqa bitkilərin olduğu bir ərazidəydik. Ora açıq Nəbatət bağı da demək olardı. |
|
Nyu-Yorkdakı "Bakı" restoranı... tələbə yoldaşlarımla birgə... 15-20 il olar ki, bu uşaqların hamısı köçüb gediblər burdan... |
|
Parisdə söz azadlığı ilə bağlı konfransda. |
|
Parisdə Yelisey bulvarında. |
|
Paris, Luvrun ətrafı... |
|
ABŞ, Vaşinqton Patomak çayının sahilində... |
|
Vaşinqton, Ağ Evin qarşısında... |
Türkiyə Qars qalası, Aqil Abbasla mən... |
|
Sarıqamışda... Burdakıları da tanıyırsız təqdim etməyə ehtiyac yoxdu. |
|
Sadiq dostum Largo. |
|
Ziyalıların forumunu keçirirdik guya, icazə verilmədi çöldə dayanmışıq. |
|
Axır vaxtlarda iştirak etdiyim tədbirlərdən birində... |
|
Redaksiyada iş otağımda. |