Modern.az

Nabucco layihəsini dəstəkləyən ölkələrin nazirləri toplanırlar

Nabucco layihəsini dəstəkləyən ölkələrin nazirləri toplanırlar

13 May 2013, 13:44

Rumıniyada Nabucco laihəsi üzvləri ölkələrinin energetika nazirlərinin görüşü baş tutacaq.
Bu haqda məlumatı Rumıniya energetika naziri Konstantın Nita Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın dəvətiilə Türkiyəyə səfəri zamanı verib.
Modern.az Türkiyə KİV lərinə istinadən xəbər verir ki, Konstantın Nita deyib:

“Türkiyə reqionun lideridir, biz isə liderlərlə əməkdaşlıq etməliyik. Bizim maraq dairəmizdə duran məsələlərdən biri də birgə proyektlərin reallaşdırılmasıdır. Təəsüflər olsun ki,  planlaşdırılmış bir sıra proyektlər dondurulmuş vəziyyətdədir. Artıq biz bu istiqamətdə aktivlik görmək istəyirik”. Konstantin Nitanın sözlərinə görə, bu ayın sonunda Rumıniyanın paytaxtı Buxaretdə Nabucco laihəsi ölkələrinin energetika nazirlərinin görüşü təşkil olunacaq.
Bu toplantının iqdisadi tərəfdən olduğu kimi, siyasi tərəfdən də çox böyük önəmi olduğunu söyləyən Konstantin Nita həmçinin onu da bildirib ki, Rumıniya Nabucco laihəsinin reallaşmasının böyük tərəfdaşıdır.

Günəş Fərhadlı 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir