Rusiya Federasiyasının prezidenti Vladimir Putin miqrant-satıcıların yüksək dərəcəli mütəxəssislər kimi iş yerlərinə qəbul olunmalarını qadağan edən qanun imzalayıb.
Modern.az-ın məlumatına görə, yeni imzalanmış sənəd bu gün ölkənin rəsmi informasiya saytında yerləşdirilib.
Yeni qanun Rusiyada yaşayan miqrantların ölkənin ticarət sahəsində hər hansı bir adi vəzifədə işləmələrini qadağan etmir.
Qadağa eyni zamanda Rusiyada yaşayaraq yüksək dərəcə almış və mütəxəssis sayılan miqrantlar da şamil olunmayacaq.
Günəş FƏRHADLI