Modern.az

Independent: “Azərbaycan Avropanın Rusiyadan qaz asılılığını azalda bilər”

Independent: “Azərbaycan Avropanın Rusiyadan qaz asılılığını azalda bilər”

23 Mart 2010, 13:42

Azərbaycan özünün zəngin enerji  resursları ilə Rusiyanın Avropa Birliyinin energetika sistemi üzərində nəzarətinin zəifləməsində vacib rol oynaya bilər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Londonda çıxan The Independent qəzeti yazır.  Qəzet yeni qaz boru kəmərlərinin inşası və istismara verilməsini bu baxımdan əhəmiyyətli hesab edir. Qeyd olunur ki, Azərbaycan uzunluğu 3200 km olan Nabukko kəməri ilə təbii qazın Türkiyənin Ərzurum vilayətindən Avstriyaya ixracında ən iri qaz tədarukçüsü ola bilər.

Qəzet yazır ki, Nabukko-nun reallaşmasına mane olan əngəllər ötən il aradan qalxıb. Ankarada Türkiyə və AB ölkələri arasında hökumətlərarası müqavilə imzalanıb. Türkiyə parlamenti  isə bir qədər əvvəl bu müqaviləni ratifikasiya edib. Sənəd boru kəmərinin tikintisi və fəaliyyətinin hüquqi əsaslarını təmin edir.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi