Modern.az

Sərkisyanın nağılbazlığı da var...

Sərkisyanın nağılbazlığı da var...

Təhsil

23 Mart 2010, 13:45

Serj Sərkisyan nağıl danışmağı çox sevir. Modern.az  erməni mətbuatına  istinadən xəbər verir ki, Sərkisyan nağılbazılq məharətini son Suriya səfərində nümayiş etdirə bilib.  Öz moizələri üçün sərfəli auditoriya tapan Sərkiysan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyət barədə jurnalistlərin suallarını  cavablandırıb. Serj Sərkisyan sovet dönəminin son tele-psixiatrı Alan Çumak kimi həm suriyalı  rəsmiləri, həm də xarici jurnalistləri özünün uydurduğu nağılla “yatızdırıb”. Sərkisyan faktiki olaraq  Azərbaycanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edir. Azərbaycan torpaqlarının  işğalında birbaşa iştirak etmiş Serj Sərkisyan  iddia edir ki,  Dağlıq Qarabağ xalqının dinc şəraitdə inkişaf etməsinə imkan verən qərar axtarır. “Amma bölgəmizdə müharibə bəyanatları səslənir, düşmənçilik və qarşılıqlı etimadsızlıq dərinləşir”.

 

 Sərkisyan hardan bilsin ki, bəhs etdiyi bu qərar Azərbaycanın sadiq qaldığı beynəlxalq hüquq norma və prinsiplərində tam əksini tapıb.  Və Ermənistanın bu prinsiplərə tam əməl etməsi tələb olunur ki, münaqişəyə son qoyulsun.  Münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır ki, bu müddəa da  beynəlxalq hüquqda təsbit olunub və sivil ölkələr tərəfindən qəbul olunub. Bu mənada Ermənistan liderinin beynəlxalq hüquq normalarından danışmağa haqqı yoxdur,  Azərbaysanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham etməsi isə gülünc və sərsəmlikdir. Sərkisyan bu  “çoxbilmiş”liyini Suriya kimi ölkələrdə göstərə bilər.   

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı