Modern.az

AŞPA həmməruzəçiləri Azərbaycanda son əfv fərmanını alqışlayır

AŞPA həmməruzəçiləri Azərbaycanda son əfv fərmanını alqışlayır

23 Mart 2010, 14:05

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə 70 məhbusun, o cümlədən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin əfv edilməsi qərarını alqışlayıb.
Bununla belə həmməruzəçilər Eynulla Fətullayevin əfv olunanlar arasında olmadığından təəssüflənirlər.
Bu barədə AŞPA-nın internet səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur.
Assambleya dəfələrlə hər iki redaktorun digər siyasi məhbus hesab olunan şəxslərlə birgə azadlığa buraxılmasına dair çağırışlar edib.
Həmməruzəçilər bildirib ki, Azərbaycanın bu istiqamətdə atılan hər bir addım Avropa Şurasının siyasi məhbuslardan azad məkan olmaq cəhdinə yaxınlaşdırmağa yardım edir.

Yeri gəlmişkən, Jurnalistləri Müdafiə Komitəsi də “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdən buraxılmasını alqışlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!