Modern.az

Dəniz quldurları türk gəmisini qaçırdılar

Dəniz quldurları türk gəmisini qaçırdılar

23 Mart 2010, 15:46

Somalili dəniz quldurı (piratlar) Hindistan açıq sularında üzən bir Türk gəmisini qaçırıb. Modern.az-ın məlumatına görə, bu barədə türk mətbuatı Avropa Birliyi Dəniz Gücünə istinadla vəbər verib. Gəmidə olan 21 nəfərlik heyət üzvündən 19-u türk, 2-si ukraynalıdır.

 

Verilən məlumata görə, gəmi bu gün Türkiyə saatı ilə 03.37-də qaçırılıb. Həmin vaxt gəmi SOS siqnalı göndərib.

Malta bayraqlı FRIGIA adlı quru yük gəmisinin İsraildən Tailanda gübrə daşıdığı bildirilir.

Avropa Dəniz Gücü komandiri John Harbour türk mətbuatına bildirb ki, quldurlar gəmini Tailanda doğru aparırlar. “Vəziyyəti izləməyə davam edəcəyik"-deyə John Harbour söyləyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir