Modern.az

Moskvada Məmmədyarov-Nalbandyan görüşü olmayacaq

Moskvada Məmmədyarov-Nalbandyan görüşü olmayacaq

23 Mart 2010, 18:40

Martın 28-də Moskvada MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Şuranın işində iştirak etmək üçün Rusiya paytaxtına səfər edəcək. Ermənistan Xarici İşlər Nairliyinin mətbuat xidmətinin məlumatına görə, Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ayrıca görüş nəzərdə tutulmayıb. Toplantıda faşizim üzərində Qələbənin 65-cü ildönümünə hazırlıq işləri ilə bağlı  müzakirələr aparılacaq. Bundan əlavə, Qazaxıstanın ATƏT sədrliyi, Avropa təhlükəizlik Müqaviləsi, MDB-nin gələcək inkişaf konsepsiyası  kimi məsələlər də diqqətdə olacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?