Modern.az

Ərdoğan Putinə zəng edib

Ərdoğan Putinə zəng edib

23 Mart 2010, 18:45

Bu gün Türkiyə və Rusiya hökumət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumət başçısının mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, tərəflər energetika, biznes, turizm və digər sahələrdə həyata keçirilən beynəlxalq layihələri müzakirə ediblər. Baş nazirlər beynəlxalq təşkilatlar çərçivəsində Türkiyə və Rusiyanın birgə  əməkdaşlıq səylərinə toxunublar. Türkiyə tərəfin təşəbbüsü ilə baş tutan telefon danışığı qarşılıqlı anlaşma və dostluq şəraitində keçib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!