Modern.az

Ərdoğan Türkiyədəki erməni icmasının rəhbəri ilə görüşəcək

Ərdoğan Türkiyədəki erməni icmasının rəhbəri ilə görüşəcək

24 Mart 2010, 10:01

Baş naziri Rəcəb Tayyib Ərdoğanın bir müddət öncə Türkiyədə qanunsuz yaşayan 100 min erməni miqrantın qovulacağı barədə bəyanatı təkcə İrəvanın deyil, bütün dünyada ermənilərin təssübünü çəkənlərin ciddi narahatlığına səbəb olub.
Verilən məlumatlarda Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Türkiyədəki erməni icmasının rəhbəri Bedros Şirinoğlu ilə görüşəcəyi bildirilir.

 

 

Ankaradakı müşahidəçilər hesab edirlər ki, görüş Ərdoğanın Türkiyədə qanunsuz olaraq işləyən ermənilərin ölkədən çıxarıla biləcəyinə dair bəyanatına daxildə və xaricdə sərt reaksiya verilməsindən sonra atmosferi yumşaltmaq məqsədi ilə keçirilir.

 


Hökümətə yaxınlığı ilə tanınan Anadolu Agentliyinin yaydığı məlumata görə, görüş martın 26-da keçiriləcək.

 

Türkiyənin kütləvi informasiya vasitələrinin hökümətdəki mənbələrə istinadən yaydıqları məlumatlarda isə bildirilir ki, baş nazir erməni icmasının rəhbərinin 15 gün əvvəlki müraciətinə cavab olaraq onu qəbul etməyə razılıq verib.

 

Buna baxmayaraq bildirilir ki, görüş zamanı Ərdoğanın, lazım olarsa Türkiyədə qanunsuz olaraq işləyən 100 min erməninin ölkədən çıxarıla biləcəyinə dair ötən həftə Londonda verdiyi bəyanat diqqət mərkəzində olacaq.

 

Analitiklərin fikrincə, Rəcəb Tayyib Ərdoğan həmin bəyanatının ölkə daxilində və xaricdəki bəzi dairələrdə doğurduğu mənfi reaksiyanı yumşaltmağa çalışacaq.

 

Ərdoğan artıq bəyan edib ki, onun bəyanatını fərqli məcraya çəkmək istəyənlər var.

 

Baş nazir qeyd edib ki, onun sözləri ermənilərin ölkədən qovulacağı kimi qəbul edilməməlidir.

 

Baş nazirin sözlərinə görə, o, əksinə Türkiyədə ermənilərə göstərilən xoş münasibətə diqqəti cəlb etmək məqsədi ilə həmin bəyanatı verib.

 

Ərdoğanın erməni icmasının rəhbəri Bedros Şirinoğlu ilə görüşündə Türkiyə-Ermənistan münasibətləri və üçüncü ölkələrdə Türkiyəyə qarşı soyqırım iddiaları ilə bağlı İrəvanın dəstəyi ilə davam edən kampaniya məsələsinə də toxunulacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir