Modern.az

Qarabağa səfər edən ingilislərin Laçında gördükləri...

Qarabağa səfər edən ingilislərin Laçında gördükləri...

24 Mart 2010, 10:33

Londonda fəaliyyət göstərən Barışıq Resursları adlı təşkilatın nümayəndələri bu yaxında Cənubi Qafqazın münaqişə bölgələrində olublar. BBC-nin məlumatına görə, onlar səfər ərzində Dağlıq Qarabağ bölgəsinə də baş çəkiblər.

Nümayəndə heyətinə daxil olan Cenni Norton səfərin məqsədləri barədə danışarkən bildirib ki, Barışıq Resursları mərkəzi Cənubi Qafqazda sülhyaratma işləri ilə yaxından məşğul olur: “Bizim məqsədimiz əsas Qarabağ sülh prosesinə dəstək yaratmaqdır. Biz səfər ərzində qarabağlı erməni və azərbaycanlı gənclərin çəkdikləri qısametrajlı sənədli filmləri nümayiş etdirdik. Onlar bu filmlərdə həyatlarının hansısa aspektini əks etdirmişdilər”.

Cenni Norton deyib ki, onlar Qarabağda olarkən orada yaşayan ələxüsus erməni gənclərin Azərbaycandakı adamların gələcək barədə nə düşündüklərini xəbər alırdılar. “Məni heyrətə salan o idi ki, Qarabağdakı ermənilər o biri tərəfdə baş verənlər haqda çox az məlumata malikdirlər. Olan məlumatları isə çox neqativdir. Əsasən informasiyanı Azərbaycan telekanallarından alırlar və deyirlər ki, Azərbaycan onlar düşmən münasibət göstərir. Amma ümumi təəssürat budur ki, onlar Azərbaycan haqda daha çox şey bilmək istəyirlər”.

Barışıq Resursları təşkilatının nümayəndəsi deyir ki, Qarabağ əsas maliyyə vəsaitini erməni diasporasından alır. “Laçın dəhlizi ilə hərəkət edərkən elə hey diaspora nümayəndələrindən və ya təşkilatlarından hansınınsa yolun bu hissəsini bərpa etməsini göstərən lövhələr görürsən. Bundan başqa, Qarabağda son səfərimlə müqayisədə internetdən istifadənin geniş yayıldığını, bloggerlərin sayının çoxaldığını gördüm”.

Cenni Norton deyir ki. Onlar Laçın yolu ilə getdikləri zaman müşahidələr aparıblar: “Belə bir təəssürat yaranır ki, Laçında çoxlu tikinti işlər gedir. Hər yerdə bərpa işləri gedir. Mənzil binaları təmir olunur. Beş il əvvəllə müqayisədə çox canlanma var. Özü də buranın Azərbaycan torpağı sayılmasını nəzərə alanda bu daha da qəribə gəlir. Adamlar burada məskunlaşmaqdadırlar. Nə qədər adam bura gəlib, demək çətindir. Lakin bəziləri deyirlər ki, 15 min adam Laçına köçərək məskunlaşıb. Amma bunu yoxlamaq bizə mümkün olmadı. Adamlar deyirlər ki, bura köçənlərin əksəriyyəti Azərbaycandan didərgin düşən ermənilər və ya Ermənistanda dolana bilməyib burada daha yaxşı həyat axtaranlardır.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar