Modern.az

Quantanamo məhbusları Gürcüstana köçürülüb

Quantanamo məhbusları Gürcüstana köçürülüb

24 Mart 2010, 12:35

Beynəlxalq terrorizmdə ittiham olunaraq Quantanamo həbs düşərgəsində saxlanan 3 hərbi əsir Gürcüstana köçürülüb. Modern.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Quantanamonun 3 hərbi əsiri artıq Gürcüstana çatdırılıb. Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili məlumatı təsdiqləyib.  Keçmiş məhbusların Yaxın Şərq ölkələrindən olduğu bildirilir. “Bu adamlar Gürcüstanda azad yaşaya, öz ailə üzvləri ilə ünsiyyət saxlaya bilərlər. Lakin məhbuslar Gürcüstanı tərk edə bilməzlər”,-deyə XİN rəsmisi deyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı