Modern.az

Xarici ölkələrdən sığınacaq istəyən Azərbaycan vətəndaşları

Xarici ölkələrdən sığınacaq istəyən Azərbaycan vətəndaşları

Təhsil

24 Mart 2010, 14:52

2009-cu ildə xarici ölkələrdən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı 36 faiz artıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bildirilib ki, Azərbaycan vətəndaşları əsasən Avropa Birliyi ölkələrinə getməyə üstünlük verirlər.
Hesabata görə, 2008-ci ildə 1691 Azərbaycan vətəndaşı sığınacaq almaq üçün xarici ölkələrə müraciət etmişdisə, 2009-cu ildə bu rəqəm 2319 olub.

Hesabatda göstərilib ki, Cənubi Qafqaz ölkələrində də artım müşahidə edilir. Ötən il xaricdən sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı 43 faiz, Gürcüstan ölkəsini tərk etmək istəyən Gürcüstan vətəndaşlarının 102 faiz artıb.

Xarici ölkələrdən sığınacaq istəyənlərin ilk “dördlüyünə” İraq, Əfqanıstan, Somali və Rusiya daxildir.

2009-cu ildə sığınacaq verilməsi ilə bağlı ABŞ-a 49 min, Fransaya 41 min, Kanadaya 33 min, Böyük Britaniyaya 29 min və Almaniya 27,5 min müraciət edilib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?