Modern.az

Ermənistanda 50 yaşa qədər hamını orduya çağırırlar

Ermənistanda 50 yaşa qədər hamını orduya çağırırlar

Təhsil

24 Mart 2010, 17:14

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan "Azadliq" radiosunun erməni xidmətinə bildirib ki, Ermənistanda 50 yaşına qədər bütün kişlər orduya çağırılır. Onlar bir həftə hərbi təlimlərə cəlb ediləcək, döyüş hazırlıqları yüksəldilir. Artıq çağırışlara da başlanıb.
Şahsuvaryan bildirir ki, onlar çalışırlar ki, hər bir erməni müharibə zamanı orduda hansı işi görəcəyini bəri başdan bilsin. Amma o, Azərbaycanda müharibə çağırışlarına görə Ermənistan ordusunun yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə xəbərləri təkzib edib.
Şahsuvaryan son vaxtlar atəşkəsin tez-tez pozulması və Azərbaycanın sərhədlərdə möhkəmlənməsinin yeni bir müharibə ehtimalını artırması fikrini də inkar edib:
«Son illər vəziyyət bu şəkildə davam edir. Təmas cəbhə xəttində dəyişiklik olduğunu, bu cür hadisələrin getdikcə artdığını söyləmək səhv olardı. Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibənin başlanma ehtimalı hazırda çox aşağıdır».
Nazirlik rəsmisi onu da bildirib ki, Ermənistan ordusu Azərbaycanın Qarabağı yenidən hərbi yolla alacağına dair fikirlərini çox ciddi nəzərdə keçirir. Ona görə də təmas xəttində istehkamlar möhkəmləndirlib:
«Mövqelərimiz möhkəmləndilib. İndi orada bizim bir neçə müdafiə xəttimiz var. Əsgərlərin döyüş hazırlığı, hərbi-vətənpərvərlik ruhu yüksəldilib. Hərbi texnika saz vəziyyətə gətirlib. Hazırda hər hansı hərbi hissədə bir dənə də xarab texnika tapmaq mümkün deyil».
Müdafiə Naziri Seyran Ohanyan da deyib ki, Ermənistan ordusu ikinci müharibəyə tam hazır vəziyyətdədir.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu yaxınlarda açıqlayıb ki, Ermənistan işğal etdiyi ərazilərdən çəkilmir və bu halda yeni müharibənin başlanması ehtimalı çox yüksəkdi
.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü