Modern.az

Özbəkistanda 100 uşaq QİÇS-ə yoluxub

Özbəkistanda 100 uşaq QİÇS-ə yoluxub

24 Mart 2010, 17:39

Özbəkistanda 100-dən artıq uşaq immun çatışmazlığ virusu HİV-ə yoluxub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, özbəklər bu barədə sənədli film çəkiblər. Film Özbəkistan hökumətinin razılığı ilə çəkilsə də, geniş auditoriyaya təqdim olunmayıb. Sənədli filmin materiallarına əsasən 2007-ci ildə Özbəkistanda 14 uşaq dünyasını dəyişib, 130- dan artıq uşaq  isə HİV-ə yoluxub. Uşaqların virusa yoluxmasına səbəb kimi qan analizi üçün istifadə olunan birdəfəlik iynələrin təkrar olaraq işlədilməsi və sterilizasiya olunmamış kateterlərdən istifadə olunması göstərilir. Özbəkistan hakimiyyəti ictimaiyyətdə şok yaratmış qalmaqal barədə hər hansı şərh verməyib. Uşaqları immun çatışzmazlığı virusuna yoluxdurduqlarına görə bir neçə tibb işçisi müxtəlif müddətli həbs cəzası alıb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı