Modern.az

Erməni lider: "Erməni bayrağını zopanın ucuna bağlayıb Türkiyəni döyürlər"

Erməni lider: "Erməni bayrağını zopanın ucuna bağlayıb Türkiyəni döyürlər"

25 Mart 2010, 15:23

Türkiyədəki erməni icmasının lideri Petros Şirinoğlü baş nazir Rəcəb Tayyib Ərdoğanla sabahkı görüşə hazırlaşır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, görüş ərəfəsində Şirinoğlu önəmli açıqlamalar verib. O, Ərdoğanın lazım gələrsə Türkiyədə qaçaq  yaşayan 100 min erməninin  deportasiya olunacağı bəyanatını şərh edib. Baş nazirin sözlərini dəyərləndirən Şirinoğlu qeyd edib ki,  “bu sözləri eşidəndə heç üzülmədim. Çünki mən Baş nazirin səmimiliyini bilirəm. Nə hiss etdiyini gözlərindən anlayıram”.

  

Şirinoğlu qondarma “soyqırm” iddialarına da təpki göstərib. “Mənfəətləri olduğu zaman əllərinə zopanı alıb ucuna erməni barağı bağlayıb Türkiyəni döyürlər. Sonra isə hamımız bunun acısını çəkirik”,-deyə Şirinoğlu bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı