Modern.az

Rus riyaziyyatçı 1 milyon dollardan imtina edir

Rus riyaziyyatçı 1 milyon dollardan imtina edir

25 Mart 2010, 15:30

Rusiya riyaziyyatçısı Qriqori Perelman  layiq görüldüyü  Filds mükafatını  (Fields Medal) almaqdan imtina edir. Modern.az BBC-yə istinadən xəbər verir ki, Perelman  1 milyon dollar dəyərində olan mükafat  Puankare teoremini isbat etdiyinə görə layiq görülüb. Lakin Perelman 1 milyonluq mükafata layiq görülməsinə heç sevinmir. Bundan əlavə,  o mükafatı almağa da tələsmir.

Sankt-Peterburqdakı “İsti ev” uşaqlara yardım Xeyriyyə Fondu isə Perelmana məktub ünvanlayaraq onu mükafatı alaraq  Fonda keçirməyə dilə tutur.

Məlumata görə, 43 yaşlı Perelman Sankt-Peterburqda sadə evdə anası ilə birlikdə yaşayır. O artıq  riyaziyyatdan uzaqlaşıb, son 4 ildə həmkarları ilə ünsiyyət saxlamır. 

Xeyriyyə fondu məktubunda bildirir ki, “sizin mükafatdan imtina etmək qərarınız bir çoxları üçün etik nümunə olub”. Məktəb illərindən riyaziyyat dahisi hesab olunan Perelman yerli jurnalistlərdən birinə “Mənə lazım olan hər şeyim var”deyib. Daily Mail qəzeti yazır ki, Perelman jurnalistlə mənzilinin bağlı qapısı arxasından danışıb.

Qeyd olunur ki, Perelman 4 il əvvəl nüfuzlu Filds mükafatına  layiq görülüb və tarixində ilk riyaziyyatçı kimi bu prizdən imtina edib. “Məni pul və ya şöhrət maraqlandırmır. Mən istəmirəm ki, insanlar mənə zooparkdakı yırtıcı kimi baxsınlar. Mən heç də riyaziyyat qəhrəmanı deyiləm, o qədər də uğurlu riyaziyyatçı da deyiləm və buna görə də istəmirəm mənə baxsınlar”,deyə Perelman bildirib.   

 

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov öz qərarını qəbul etməsi üçün  riyaziyyatçını rahat buraxmağa çağırıb. Mironov “başqaların cibindəki pulları saymaq ədəbsizlikdir”deyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?