Modern.az

Ermənilər Konqresdən pul istəyir

Ermənilər Konqresdən pul istəyir

25 Mart 2010, 20:16

Ermənilər yenə də Konqresdən pul istəyir. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, 28 amerikalı ermənipərəst konqresmen  Nümayəndələr palatasının xarici təsisatlar üzrə alt komitəsinə məktub göndərərək 2011-ci ildə Ermənistan və Dağlıq Qarabağa əlavə vəsaitlərin ayrılmasını xahiş ediblər. Konrqesmenlər cari ildə Ermənistan və Qarabağa ayrılan vəsaitin həcminin kifayət olmadığını iddia edir.

 

 

Konresmenlər Ermənistan üçün 70 milyon dollar, Dağlıq Qarabağ üçün isə 10 milyon dollar tələb ediblər.  Onlar qeyd ediblər ki, Azərbaycan və Ermənistana yardımlar ayrılarkən hərbi paritetin qorunub saxlanması vacibdir.  Ermənipərəst senatorlar bununla kifayətlənməyərək Birləşmiş Ştatlar və Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan qanuni ərazisi  Dağlıq Qarabağ  arasında birbaşa əlaqələrin qurulması vacibliyini  bildiriblər.

 

Məktubu Frenko Pallone, Mark Kirk, Qreys Napolitano, Barni Frenk, Corc Radanoviç, Lorenta Sançes, Eduard Markin, Anna İşu və başqaları imzalayıblar.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI