Modern.az

Türkiyə ermənilərinə 2 önəmli jest

Türkiyə ermənilərinə 2 önəmli jest

26 Mart 2010, 11:41

Ankara və İrəvan arasında normallaşma protokollarının ölkə parlamentlərində səsə qoyulması ərəfəsində Ankara İrəvana 2 önəmli jest edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, onlardan birincisi Vandakı Akdamar Kilsəsində ermənilərin ildə bir dəfə ibadət etmələrinə izn verilməsdir. Ankara bundan əlavə, Türkiyə ermənilərinə daha bir imkan yaradıb. Bundan sonra Türkiyədə yaşayan xarici ölkə vətəndaşlarının uşaqları milli azlıqlar üçün nəzərdə tutulmuş məktəblərdə oxuya biləcəklər. Bu hüquqdan erməni uşaqları da yararlana biləcək. Təhsil naziri Nimət Çubukçuoğlu qeyd edib ki, Türkiyə ərazisində qanuni əsaslarla yaşayan ermənilərin uşaqları məktəblərdə oxuya biləcəklər. Hökumət ölkədə  qaçaq yaşayan ermənilərin sayının 70-100 min olduğunu bildirir. Əslində isə qanunsuz yaşayan 20 min ermənidən söhbət getdiyi bildirilir. Onların çoxu öz statuslarına görə uşaqlarını məktəblərə vermək istəmir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi