Modern.az

Davutoğlu erməni diasporasına müraciət etdi

Davutoğlu erməni diasporasına  müraciət etdi

Təhsil

26 Mart 2010, 13:46

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu SNNtürk telekanalı ilə erməni diasporasına müraciət edib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Davutoğlu müraciətində erməni diasporası ilə əlaqə  qurulmasına tərəfdar olduğunu bildirib. “Biz həm Ermənistan, həm də erməni diasporası ilə münasibətlər qurmaq istəyirik. Biz erməni diasrorası ilə əlaqə qurmaq istəyirik. Bu nöqteyi nəzərdən biz bütün ermənilərə vahid bir müstəvidə baxmağı düzgün hesab etmirik”-deyə Davutoğlu qeyd edib. XİN başçısı əlavə edib ki, Birləşmiş Ştatlardakı erməni diasporası ilə əlaqələrin qurulması Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan yeni bir addımdır.  

Davutoğlu Türkiyənin Vaşinqton elçisi Namik Tanın Amerikaya qayıtması məsələsinə də toxunub. “Əgər ABŞ administrasiyası İsveçdən nümunə götürərək Türkiyəni inandıra biləcək bəyanat versə, onda Namik Tan Vaşinqtona qayıdacaq və ermənilərlə müzakirlər  fəallaşacaq”,-deyə Davutoğlu deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?