Modern.az

Deputat sərhəd bölgəsində və hərbi hissədə olub (fotosessiya)

Deputat sərhəd bölgəsində və hərbi hissədə olub (fotosessiya)

26 Mart 2010, 13:54

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş millət vəkili Nazim Məmmədov  Bahar bayramı münasibətilə martın 24-25-də Gədəbəy və Tovuz rayonunun kəndlərində seçiciləri ilə görüşüb. Modern.az-ın əməkdaşı xəbər verir ki, Nazim Məmmədov öncə ailəsi ilə birgə Gədəbəyin Şınıx bölgəsində təşkil olunmuş Novruz şənliyinə qatılıb. Çayrəsullu kəndində düzənlənən tədbirdə Gədəbəyin icra başçısı Kamran Rzazədə başda olmaqla rayon rəhbərliyi də iştirak edib.

Nazim Məmmədov şınıxlılar qarşısında çıxış edərək onların bayramını təbrik edib. Daha sonra deputat seçicilərilə birgə, tonqal ətrafında yallı gedib, at yarışına tamaşa edib. Nazim Məmmədov  Şınıxdan olan 100 nəfər yoxsula bayram sovqatı da paylayıb.

Həmin gün deputat ailə üzvləri ilə birgə Başkənddə yerləşən “N” saylı hərbi hissəyə də baş çəkərək əsgərlərin bayramını təbrik edib. Deputat əsgərlərə bayram sovqatı da gətirib. Millət vəkilinin 4 yaşlı qızı Zeynəb Məmmədova hədiyyələri əsgərlərə şəxsən təqdim edib. Balaca Zeynəb əsgərlər qarşısında “bizim düşmənimiz ermənilərdi” sözlərini də söyləyib. N.Məmmədov bayram tonqalı ətrafında əsgərlərlə söhbət edib, onları Vətənin keşiyində daim ayıq-sayıq olmağa çagırıb. Hərbi hissənin komandir müavini mayor Elşən Yusifov isə tez-tez onlara baş çəkdiyinə görə millət vəkilinə minnətdarlığını bildirib.

Daha sonra N.Məmmədov Novosaratovka kəndində seçicilərilə görüşüb, onlara bayram sovqatı verib. Deputat seçicilərinin problemlərilə də maraqlanıb, şikayətləri dinləyib.

Martın 25-də isə N.Məmmədov Tovuz rayonundan olan seçicilərinə baş çəkib. Deputat Tovuzun Dondar Quşçu, Azaflı, Əsrik, Koxa Nəbi kəndlərində seçicilərilə görüşüb, yoxsul ailələrə bayram sovqatı verib. Millət vəkili Ermənistanla sərhəddə yerləşən Koxa Nəbi kəndində olarkən seçicilər bildriblər ki, ermənilər tez-tez kəndi atəşə tutur. Bu isə onların əkin-biçinlə məşğul olmasına maneçiliklər törədir.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aqil Aslan 

Gədəbəy-Tovuz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir