Modern.az

İlham Əliyevin Serj Sərkisyanla növbəti görüşü Astanada olacaq

İlham Əliyevin Serj Sərkisyanla növbəti görüşü Astanada olacaq

Təhsil

26 Mart 2010, 14:07

“Qazaxıstan ATƏT-ə sədrlik edən ölkə kimi postsovet məkanındakı uzunsürən münaqişələrin nizamlanmasında maksimum səylər göstərməyə hazırdır”. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan hazırkı sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısındakı çıxışında bəyan edib. Onun sözlərinə görə, Qazaxıstan uzunsürən münaqişələrin həllinə öz töhvəsini verməyə çalışır. ATƏT sədri fevral ayında Cənubi Qafqaz regionuna səfər etdiyini və münaqişə zonasında real vəziyyətlə,  tərəflərin cari mövqeyi ilə yaxından tanış olduğunu bildirib.

“Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında sülh danışıqları çərçivəsində həlli üçün biz Minsk qrupuna hər cür yardım göstərəcəyik və 2010-cu il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin Astanada görüşünin keçirilməsinə hazırıq”,-deyə Saudabayev bildirib.

O, qeyd edib ki, Qazaxıstan ATƏT-ə sədrliyi dövründə münaqişələrin nizamlanması prosesində müsbət tendensiyaların  davamlı olaraq inkişaf etdirilməsi üçün bütün səyləri səfərbər edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!