Modern.az

Prezidentin ailəsi barədə yalan xəbər yazan jurnalistlər işdən qovuldu

Prezidentin ailəsi barədə yalan xəbər yazan jurnalistlər işdən qovuldu

Təhsil

26 Mart 2010, 15:19

Fransız jurnalistlər prezident  Nikola Sarkozi ailəsinin dağılması barədə yaydıqları şayiələrin cəfasını çəkməli olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  Le Journal du Dimanche nəşrinin rəhbərliyi tabeliyində olan və Sarkozi ailəsi barədə yalan və qalmaqallı məlumat yazmış "Newsweb" jurnalının direktoru və informasiyanı yazmış jurnalisti işdən azad edib. Bundan əlavə,  Le Journal du Dimanche prezident, onun xanımı və oxucularından üzr istəyib.

Qeyd edək ki, "Newsweb" 9 mart sayında prezident Nikola Sarkozi və onun xanımı Karla Bruninin qarşılıqlı surətdə bir-birinə xəyanat etmələrinə dair məqalə dərc edib. Məqalədə qeyd olnurdu ki, Bruni müğənni Benjamen Biole ilə sevgi yaşayar və hətta yaşamaq üçün onun evinə köçüb. Sarkozinin gözü isə ətraf mühitin mühafizəsi üzrə nazir Şantal Juannanı tutub.

Şayiələri təkzib edən Bruni ərinə, özünə insan kimi inandığını deyib. O şayilərin hər zaman mövcud olduğunu,  hansısa Miki Maus,  Supermenin və ya bloqların yaydığı şayiələrə  nifrət etdiyini deyib. Jurnalistlərin həqiqət əvəzinə yalan məlumatlar yaymasına gəlincə, Bruni bunu demokratiyaya təhlükə adlandırıb. Fransanın birinci ledisi qeyd edib ki, KİV dünyası onu halldan salıb və o, medianı ədalətdən uzaq hesab edir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır