Modern.az

Elmar Məmmədyarov: "Azərbaycan yeni Madrid təkliflərini qəbul edib"

Elmar Məmmədyarov: "Azərbaycan yeni Madrid təkliflərini qəbul edib"

26 Mart 2010, 17:08

st1:*{behavior:url(#ieooui) }

Moskvada MDB ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ayrılıqda Rusiyanın xarici işlər naziriylə görüşüblər.

Elmar Məmmədyarov və Edvard Nalbandyan Serqey Lavrovla əsasən Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə ediblər. Görüşlərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BBC-nin suallarına cavab verib.

Azərbaycan Prezidentinin Qarabağ danışıqlarının son mərhələsində olması barədə bir müddət öncəki açıqlamasını şərh edən E.Məmmədyarov bildirib ki, yeniləşdirilmiş Madrid sənədi ilə bağlı həmsədrlər artıq öz təkliflərini təqdim eləyiblər. “Azərbaycan tərəfi prinsipcə, bu təklifləri qəbul edib. İndi baxaq görək Ermənistanın cavabı nə olacaq. Bəzi bəyanatlarda onlar deyirlər ki, “biz də qəbul edirik”, bəzilərində isə deyirlər ki, “yox, hələ qəbul etmirik”. Ona görə də mənim Rusiyanın xarici işlər naziri Serqey Lavrovla bugünkü görüşümdə buna da toxunulub ki, nə zamanki, hər iki tərəf əsas prinsiplərlə razılaşsa, onda biz böyük sülh sazişi layihəsi üzərində gərək işimizi başlayaq".

Elmar Məmmədyarov daha sonra deyib ki, Minsk qrupunun həmsədrləri gələn həftə yenə Yerevanda olacaqlar və danışıqları davam etdirəcəklər. “Bu danışıqların nəticəsində biz növbəti mərhələdə görəcəyik ki, proses necə gedir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi