Modern.az

Erməni lider köynəyində Türk sultanının rəsmi olan düymə gəzdirirmiş

Erməni lider köynəyində Türk sultanının rəsmi olan düymə gəzdirirmiş

26 Mart 2010, 18:29

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bi gün Türkiyənin Erməni icmasının rəhbəri Bedros Şirinoğlunu və Erməni Xəstəxanası İdarə heyətinin başçı köməkçisi Herman Balyonu qəbul edib. Modern.az CNNtürk-ə istinadən xəbər verir ki, görüşmədə Bedros Şirinoğlunun Osmanlı Padşahı II Mahmudun şəkilinin olduğu qol düyməsi diqqət çəkib.

Görüşdən sonra açıqlama verən B.Şirinoğlu 1915-ci il hadisələrini "iki çox səmimi yoldaşın qovğası" olaraq xarakterizə edib: “İki çox səmimi yoldaşın arasına nifaq salınıb. Bunun nəticəsində bir-birlərini çox sevən yoldaşların döyüşü pis bitib. Aralarında etibarsızlıq doğulub".

Bu hadisələrin 100 il əvvəl olduğunu söyləyən Şirinoğlu, "olanları unudub irəliyə baxmaq lazım" deyib. Ermənistan prezidenti Serj Sərkisyanın da eyni fikirdə olduğunu söyləyən Bedros Şirinoğlu Sərkisyan ilə fikir mübadiləsi aparmadığını qeyd edib.

Bir jurnalistin, "1915-ci il öncəsi Anadoludakı erməni əhalisi 1,5 milyon idi, indi 70 min. Bunun mənası nədir" sualına B.Şirinoğlu belə cavab verib: "Bunun adı döyüşdür. 1,5 milyon erməni vardı. Bəli, şübhəsiz ki, həm erməni tərəfindən həm Türk tərəfindən zayiat olub. Bu 1,5 milyon erməninin böyük bir qisimi də xaricə köç etmişdi. Bu gün Beyrutda, Suriyada, İranda, İraqda, ABŞ-da, Fransada olan ermənilərin sayını hesablayın, aradakı fərqi görəcəksiniz".

Daha sonar “mən bir şey olmamışdır, demirəm. Ermənistandakı soydaşlarımız çətinlik yaşamışdır" deyən Şirinoğlu, "lakin çox eşələməktə fayda yox. Belə olsa önümüz həmişə qaranlıq qalar, işıqlığa qovuşa bilmərik. Şübhəsiz bir şeylər oldu" ifadəsini söyləyib.

Erməni icmasının başçısı 1915-ci il hadisələri əsnasında ermənilərdə olduğu qədər Türklərdə də zayiat olduğunu söyləyib, özünün babasının da bu hadisələr zamanı vəfat edeyib. Şirinoğlu, bu hadisələr üçün "soyqırım" deyilməsinə gərək olmadığını ifadə edib.

"100 il keçmiş üzərindən kin daşımağa ehtiyac yoxdu. Dünyada belə hadisələr çox olmuşdur, hərb də çox olmuşdur, çətinlik də çox olmuşdur, amma üstü bağlanmışdır. Nədənsə Türkiyədə, Osmanlıda yaşayan ermənilər ilə davam edən bu hadisənin üstü bağlanılmaq istənmir. Niyə bağlanılmaq istənmir, mən anlamıram".

 

Erməni diasporuna çağırış

 

"Ermənilər Türkiyədə güvən içində yaşayırlarmı?" sualına Bedros Şirinoğlu "bəli, ermənilər özlərini Türkiyədə güvən içində hiss edirlər. Türkiyədə yaşayan bir ermənidən bir şikayət eşitdinizmi? Varmı? Yox!"-deyə B.Şirinoğlu əlavə edib.

“Bu sözləriniz diaspordan reaksiya götürürmü?" sualına, Şirinoğlu "diaspordakılar gəlsinlər, uzun müddətdir ölkələrindən uzaq olanlar gəlsinlər, Türkiyədəki erməni vəqflərinin mallarını, mülklərini, məktəblərini və erməni vətəndaşlarının həyatlarını görsünlər, ondan sonra qərar versinlər" cavabını verib.

 

"Ərdoğanın sözləri və ürəyi bir deyil"

 

Baş nazir Ərdoğanın "100 min qaçaq Ermənini sınırdışı edərik" sözləri üçün də Şirinoğlu, 100 min rəqəmini Ərdoğana özlərinin verdiyini, səhv olduğunu söyləyib və üzr istəyib. O sözlərlə əlaqədar olaraq isə, "sözləriylə ürəyi bir deyil" deyib. 

B.Şirinoğlu "hörmətli baş nazir azlıqlarla əlaqədar bundan sonra ediləcəklərə bağlı bir ipucu verdimi" sualını  "biz azlığıq, amma Türkiyə Cümhuriyyəti vətəndaşıyıq. Hər Türkiyə Cümhuriyyəti vətəndaşı kimi bizim də hörmətli baş nazirdən əskikliklərimizin tamamlanması baxımından xahişdə olma haqqımız vardır. Gərəyini edir" deyə cavablayıb.

 

Türkiyə ilə Ermənistan arasındakı protokollar mövzusunda ümidli olub-olmadığına bağlı sualı cavablarkən də Şirinoğlu, "mən ümidliyəm, çünki zənn edirəm ki, həm Ermənistan həm Türkiyə keçmişdən dərs alacaq. Eyni səhvlər təkrarlanmayacaq. Sürətlə bu iş bitəcək " deyib.

Şirinoğlu, hər görüş tələblərinə müsbət cavab verdiyi üçün Baş nazirə də təşəkkür edib.

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir