Modern.az

ABŞ və Rusiya prezidentləri razılığa gəliblər

ABŞ və Rusiya prezidentləri razılığa gəliblər

27 Mart 2010, 11:32

ABŞ Prezidenti Barak Obama və onun rusiyalı həmkarıDmitri Medvedev nüvə silahının azaldılması üzrə yeni razılığa gəliblər. BBC-nin məlumatına görə, razılaşma iki lider arasında telefon danışığı zamanı əldə olunub.

 

Vaşinqton və Moskva arasında bu yeni razılaşma Prezident Barak Obama üçün xarici siyasətdə mühüm dönüş sayılır.

 

Strateji Silahların Azaldılması Müqaviləsi (START) 1991-ci ilin iyulunda imzalandıqdan sonra bu ilk hərtərəfli müqavilədir.

 

Prezidentlər Corc Buş və Vladimir Putin arasında 8 il əvvəl imzalanmış müqavilə də nəzarət məqamlarının heç birini özündə əks etdirmirdi. Silahlara nəzarət ekspertləri isə məhz bu məqamları mühüm sayırlar.

 

Bu yeni müqavilədə strateji nüvə başlıqları baxımından silahların azaldılması çox olmasa da, əhəmiyyətlidir.

 

Praqada imzalanacaq yeni müqavilə ABŞ Prezidentinin ambisiyalı silahlara nəzarət proqramında ilk mühüm addımdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı