Modern.az

Azərbaycan yay vaxtına keçdi

Azərbaycan yay vaxtına keçdi

Ölkə

28 Mart 2010, 10:15

Martın 27-dən 28-nə keçən gecə saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkilib. Bununla da Azərbaycanda yay vaxtına keçid tətbiq olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Modern.az

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü