Modern.az

İranda beynəlxalq Novruz bayramı keçirilir

İranda beynəlxalq Novruz bayramı keçirilir

Təhsil

27 Mart 2010, 14:17

Martın 27-28-də İranın Tehran və Şiraz şəhərlərində Beynəlxalq Novruz bayramın keçirilir. Novruzu rəsmi bayram kimi qeyd edən ölkələrdən dövlət və hökumət nümayəndələri marasimdə istirak edirlər. Birləşmiş Millətlər Təşkilatı tərəfindən Novruza beynəlxalq bayram status verilməsi münasibəti ilə keçirilən tədbirdə

İraq, Əfqanıstan, Türkmənistan, Tacikistan, İran prezidentləri, Azərbaycanın XİN rəhbəri, Türkiyə dövlət naziri iştirak edib.

Tədbirdə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad Novruz bayramının beynəlxalq bayram kimi qeyd edilməsindən məmun olduğunu deyib və tədbirdə iştirak edən bütün ölkələrin Novruz bayramını təbrik edib. AzərTAc-ın məlumatına görə, Elmar Məmmədyarov da tədbirdə çıxış edərək Novruz bayramına beynəlxalq status verilməsini yüksək qiymətləndirib. Nazir Prezident İlham Əliyevin bayram təbriklərini mərasim iştirakçılarına çatdırıb və Azərbaycandakı Novruz ənənələrindən bəhs edib.

İranda keçirilən ilk beynəlxalq mərasimdə iştirakçı dövlətlər tərəfindən birgə bəyanat qəbul olunub. Bəyanata görə, Novruz bayramı tədbirlərinin keçirilməsi məqsədilə Tehranda katiblik yaradılması haqda iştirakçı ölkələr arasında razılıq əldə edilib. Razılığa əsasən, Beynəlxalq Novruz Bayramı tədbirləri bundan sonra növbə ilə bütün iştirakçı ölkələrdə keçiriləcək.

Qeyd edək ki, BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı YUNESKO-nun qərarı ilə, dünyada 300 milyondan çox insanın qeyd etdiyi Novruz bayramına beynəlxalq bayram statusu verib. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır