Modern.az

Milli Qəhrəman ailəsinin ev qalmaqalı daha da böyüdü

Milli Qəhrəman ailəsinin ev qalmaqalı daha da böyüdü

Dünya

23 May 2013, 17:40

Suraxanı rayon İcra Hakimiyyəti mətbuatda “Suraxanı icra hakimiyyəti Milli Qəhrəman ailəsinin evini sökür” başlığı altında Milli Qəhrəman Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyevin şikayət məktubu əsasında dərc olunmuş yazıya aydınlıq gətirib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, vətəndaş Xaliq Fərzəliyev və onun yaxın qohumu, Gunxeber.com-un redaktoru Coşqun Əliyev 23.05.2013-cü il tarixdə saat 15:00-da Rayon İcra Hakimiyyətinə dəvət olunub və onlarla ətraflı araşdırma aparılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, vətəndaş Xaliq Fərzəliyev əvvəllər fərdi yaşayış evinin tikintisi ilə əlaqədar rəsmi qaydada Rayon İcra Hakimiyyətinə müraciət etməyib. Özbaşına tikinti işləri apararkən Rayon İcra Hakimiyyəti yanında “Qanunsuz tikililərə qarşı mübarizə və torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvü Səmər Səfərov vətəndaş Xaliq Fərzəliyevin sənədləri ilə tanış olub, torpağa sənədin saxta olulduğu vətəndaş Xaliq Fərzəliyevin diqqətinə çatdırılıb və tikintini dayandırmaq tövsiyə olunub.

Rayon İcra Hakimiyyətində keçirilən görüşdə torpağa sənədin saxta olması bir daha vətəndaş Xaliq Fərzəliyevin diqqətinə çatdırılıb. Görüşdə məktubda adı çəkilən Fərid Hacıyev, Mobil Süleymanov, Səmər Səfərov da iştirak edib. Vətəndaş Xaliq Fərzəliyev təsdiqləyib ki, həqiqətən Səmər Səfərov ona sənədlərinin saxta olduğunu və bu sənədlə fərdi yaşayış evinin tikintisinə icazə verilmədiyini bildirib. Amma Nizami rayonunda bağçada məskunlaşdığını əsas gətirən vətəndaş Xaliq Fərzəliyev məcburiyyət qarşısında qaldığından tikintini davam etdirdiyini və məktubda adı çəkilən bu əməkdaşların heç birinin ondan vəsait tələb etmədiyini qeyd edib.

Rayon İcra Hakimiyyətindən bildirilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə məsuliyyət müəyyən edildiyini nəzərə alaraq bununla bağlı Suraxanı RİH tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı