Modern.az

Goranboy sakinləri əsgər ölümü ilə bağlı yolu kəsiblər

Goranboy sakinləri əsgər ölümü ilə bağlı yolu kəsiblər

Təhsil

27 Mart 2010, 17:58

Milli Ordunun Füzuli rayonu istiqamətindəki mövqelərinin atəşə tutulması nəticəsində “N” saylı hərbi hissənin əsgəri, Goranboy rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı Vüqar Qabil oğlu Pənahir aldığı güllə yarasından həlak olub. ANS-in məlumatına görə, Goranboy rayon Hərbi Komissarlığından əsgərin ailəsinə bildirilib ki, V.Pənahir dünən gecə aldığı güllə yarasından həlak olub. Mərhumun meyidi bu gün hərbi hissədən onun yaşadığı Goranboy rayonunun Dəliməmmədli şəhərinə göndərilib. Qohumlarının sözlərinə görə, V. Pənahir təxminən 4 ay bundan əvvəl də güllə yarası alaraq hospitala yerləşdirilibmiş. O, aprel ayının əvvəllərində hərbi xidmətdən tərxis olunmalı imiş. Modern.az-ın hazırda Goranboyda olan əməkdaşı xəbər verib ki, martın 27-də şəhid əsgərin cənazəsi Dəliməmmədliyə gətirilərkən şəhər sakinləri 4 saatadək yolu bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb. Yolu kəsən sakinlər

4 ay bundan əvvəl güllə yarası alan əsgərə biganəliyə etirazlarını bildirblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı