Modern.az

Lənkəranda futbol dava-dalaşla başa çatdı

Lənkəranda futbol dava-dalaşla başa çatdı

27 Mart 2010, 21:32

Bu gün keçirilən dörd oyunla Unibank Premyer Liqasının XXV turuna start verilib. Turun əsas maraq doğuran matçları "Xəzər Lənkəran" - "Neftçi" və "Qarabağ" - "İnter" qarşılaşmaları bərabərliklə başa çatıb.

Lənkəran şəhər stadionunda yağışla müşayiət olunan  "Xəzər Lənkəran" - "Neftçi" matçı qalmaqalla yadda qalıb. Belə ki, oyunun baş hakimi Əfqan Həmzəyev 18-ci dəqiqədə "Xəzər Lənkəran"lı futbolçunun vurduğu qolu hesaba almayıb.
83-cü dəqiqədə hakim bir daha "Xəzər Lənkəran"lıların əsəblərinə toxunub. Belə ki, o, ikinci dəfə meydan sahiblərinin qolunu qeydə almayıb.
Matçın sonlarında baş hakimin “Neftçi”nin cərimə meydançasında tpoun qonaq klubun müdafiəçisinin əlinə dəyməsinə baxmayaraq penalty verməməsi Lənkəran şəhər stadionuna toplaşan fanatları coşdurub, Azarkeşlər meydançaya yad əşyalar atmağa başlayıblar. Bu azmış kimi azarkeşlər Ə.Həmzəyevi döyüblər də.

Oyundan sonra da Lənkəranda gərginlik davam edib. Azarkeşlər etirazlarını davam etdiriblər. Onları polis və hərbiçilər sakitləşdiriblər.


Oyundan sonra belə bir xəbər yayılıb ki, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov klubunun bundan sonra Azərbaycan çempionatında çıxış etməyəcəyini bəyan edib. Hər halda hər şey yaxın günlərdə aydın olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir