Modern.az

Rusiyada yay-qış vaxtına keçid ləğv olunacaq

Rusiyada yay-qış vaxtına keçid ləğv olunacaq

28 Mart 2010, 14:51

Rusiyada yay və qış vaxtına keçid ənənəsinə son qoyulacaq. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu səhər Rusiya sonuncu dəfə yay vaxtına keçib. Rusiya Dövlət Dumasının deputatları vəd ediblər ki, tezliklə qış və yay vaxtlarına keçid ənənəsinə son qoyulacaq. Deputatlar gələn il yay və qış  vaxtlarına keçidin, saat qurşaqlarının ixtisara salınmasının ləğv olunması barədə qanun qəbul edəcəklərini bildiriblər.  Dövlət Dumasının  iqtisadi siyasət komitəsinin rəhbəri Yevgeni Fyodorovun sözlərinə görə, hökumət deputatlarla  birlikdə zaman və saat qurşaqlarının yeni standartlarına  keçid üzrə vahid qanun layihəsi üzərində işləyir. Qanun layihəsi iyunun sonlarına qədər birinci oxunuşda qəbul olunacaq və gələn ildən isə qüvvəyə minəcək.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir